Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.
Operativ Media xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.
Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.
Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarov üzərində “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.