AZ

Yığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazandı

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Milli.Az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz "tuş"la qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
11
news.milli.az

10Mənbələr