Hacıqabulda minik maşını aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.
Şahbuz rayon sakini, 1997-ci il təvəllüdlü Rahib İsmayılovun idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Müxtəlif xəsarətlər alan sürücü Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparıllr.