AZ

Hindistan Avropa İttifaqı ilə əlaqələri gücləndirməkdə maraqlıdır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hindistanın Xarici İşlər Naziri Subramanyam Cayşankar, Brüsselə səfəri zamanı bildirib ki, Hindistan hökuməti, xüsusilə ticarət sahəsində Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir "Euractiv" portalına verdiyi müsahibədə qeyd edib.

"Biz Avropa İttifaqı ilə daha sıx və möhkəm əlaqələr qurmağa maraqlıyıq. Və mənim də tam əsaslarım var ki, Avropa İttifaqı buna qarşılıq verəcək", - deyə nazir bildirib.

Cayşankar, dünyada qısa zamanda "çoxqütblü" rəqabət edən dövlətlər sistemi yaranacağını bildirib. Nazir vurğulayıb ki, Hindistan bu cür inkişaflara artıq uzun müddət əvvəl hazır olub. "Bugün Avropada "strateji müstəqillik" kimi sözləri eşidirəm. Əvvəllər bu ifadələr bizim lüğətimizdə idi", - deyə Hindistanın Xarici İşlər Naziri əlavə edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Bundan əlavə, Cayşankar, Yeni Delhinin Avropa İttifaqı ilə azad ticarət razılaşması bağlamaq üçün danışıqlar apardığını və ABŞ ilə gömrük rüsumları məsələsini həll etməyə çalışdığını qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
132
50
icma.az

10Mənbələr