AZ

FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT



Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.

Bunu mətbata açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.


O baş verən hadisəni vəhşilik adlanıdırıb: “Heç Amerikada zəncilərə o cür vəhşilik edilməyib. Ümumiyyətlə etniklərə münasibətdə vəhşidirlər. Söhbət sadəcə azərbaycanlılardan getmir, başqa xalqlara da eyni menasibəti bəsləyirlər. Keçirdikləri əməliyyat tamamilə qanunsuzdur. Heç bir məhkəmə qərarı olmadan evə girmək və bu cür vəhşilik etmək insanlıqdan kənardır. O evdə atom bombası vardı? Lənətlənməli hərəkətdir. İnsan hadisəni düşünəndə qanı donur. Öldürülən şəxslər tanıdığım insanlar idi. Dünyada Rusiya ilə münasibət saxlayan heç kim qalmayıb, biz və özbəklərdən başqa. Biz də olmasaq, ortada “bayquş” kimi qalacaq. Hər gün hamı ilə vuruşur. Amma bu dərəcədə vəhşilik yerdə qalmamalıdır. Yəqin Rusiya bunun cavabını verəcək”.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb.



Seçilən
9
12
aia.az

10Mənbələr