AZ

Almaniya İsraillə "kiber günbəz" əməkdaşlığı edəcək

Almaniya İsraillə əməkdaşlıq edərək özünü “kiber günbəz”lə qorumağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt “Bild” nəşrinə müsahibəsində deyib.

Dobrindt kibermüdafiə strategiyasının bir hissəsi olaraq Almaniya üçün "kiber günbəz" yaratmağa yönəlmiş beş bəndlik planının olduğunu bildirib:

"Bəndlər arasında Almaniyanın pilotsuz təyyarələrdən müdafiə imkanlarını genişləndirmək, xəbərdarlıq sistemini gücləndirmək və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmək var".

Seçilən
6
14
axar.az

10Mənbələr