AZ

Tramp: Bunu Tanrı etdi

BAKI, 27 may. TELEQRAF

ABŞ dövlətinin yaranmasının 250 illik yubileyi ilə bağlı tədbirlər 2026-cı ildə ABŞ-də keçiriləcək Futbol üzrə Dünya Çempionatını və 2028-ci il Olimpiya Oyunlarını kölgədə qoyacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz ad günü ilə üst-üstə düşəcək yubiley barədə danışarkən bildirib.

O, zarafatla deyib ki, 2026-cı ildə ABŞ-nin yaranmasının 250 illiyini dövlət başçısı vəzifəsində qeyd etmək naminə prezident vəzifəsində dörd il fasilə verməkdən şad olub.

"Bizim böyük bir bayramımız olacaq, 250 illik yubiley. Müəyyən mənada şadam ki, o ikinci müddəti buraxdım, yoxsa indi prezidentiniz olmazdım. Əlavə olaraq, bizdə Dünya Çempionatı və Olimpiya Oyunları keçiriləcək. Təsəvvür edin, mən o dörd ili buraxdım, indi isə mənim hər şeyim var", - Tramp Vaşinqton yaxınlığında yerləşən Arlinqton Milli Qəbiristanlığında dəfn olunmuş ABŞ-li hərbçilərin Xatirə Günündə çıxış edərkən deyib.

Trampın sözlərinə görə, "bunu Tanrı etdi". "Bəli, mən də buna inanıram, bunu Tanrı etdi", - o bildirib.

Seçilən
114
21
teleqraf.com

6Mənbələr