AZ

Səmərqənd Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti Azərbaycan Teatr Xadimləri İttifaqında olub

Bakı, 3 noyabr, AZƏRTAC

Səmərqənd Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti Azərbaycan Teatr Xadimləri İttifaqında olub.

AZƏRTAC xəbər verir ki, İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov özbəkistanlı aktyorları Azərbaycanda görməkdən məmnunluq duyduğunu ifadə edib. O, qonaqlara 150 yaşlı Azərbaycan teatrının keçdiyi zəngin inkişaf yolundan, milli teatrdan 27 il sonra yaranmış Azərbaycan Teatr Xadimləri İttifaqından danışıb, onları İttifaqın binası ilə, burada sənət adamları, xüsusən gənclər üçün yaradılan şəraitlə tanış edib.

Görüşdə Özbəkistanın Əməkdar artistləri Baxtiyar Rahimov, Mehri Hakimova, Solican Hakimov, “Mehnat Şöhrəti” ordenli İskandar Sultanov, “Şöhrət” medalı laureatı Gulistan Cabbarova, Səmərqənd Dövlət Musiqili Dram Teatrının aktyorları Abdulaziz Toştemirov, Turdimurad Xudaverdiyev, Gözəl Kurbanova, Şohsanam Obloqulova, Behruz Qurbonaliyev, Sarvinaz Saitova, Xusen Mahmudov və Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev İttifaqın Fəxri fərmanları ilə təltif olunublar.

Qonaqlar səmimi görüşə və təltiflərə görə Azərbaycan Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər.

 

Seçilən
528
25
azertag.az

10Mənbələr