AZ

Almaniyada illik inflyasiya artıb

Almaniya Federal Statistika İdarəsi (Destatis) may ayı üzrə istehlak məhsullarının qiymət artımı ilə bağlı ilkin məlumatları açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada aprel ayında 2,2 faiz olan illik inflyasiya may ayında 2,4 faizə yüksəlib.

Beləliklə, Avropa Mərkəzi Bankının (AMB) gələn həftə gözlənilən faiz dövrünə az qalmış Avropanın ən böyük iqtisadiyyatına malik ölkədə inflyasiya səviyyəsi yenidən yüksəlib.

Qeyd edək ki, bazarlarda gözlənti may ayında inflyasiyanın 2,4 faizə çatacağı idi. Ölkədə inflyasiya səviyyəsi aylıq olaraq 0,1 artıb.

Malik Atilay 























Bizi Facebookda izləyin

Seçilən
194
24
525.az

10Mənbələr