AZ

Almaniyada illik inflyasiya may ayında 2,4 faizə yüksəlib

Almaniyada illik inflyasiya may ayında yenidən 2,4 faizə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) may ayı üzrə istehlak məhsullarının qiymət artımı ilə bağlı ilkin məlumatları açıqlayıb.

Belə ki, Avropa Mərkəzi Bankının (AMB) gələn həftə gözlənilən faiz dövrünə az qalmış Avropanın ən böyük iqtisadiyyatına malik ölkədə inflyasiya səviyyəsi yenidən artıb. Ölkədə inflyasiyanın səviyyəsi aylıq olaraq 0,1 artıb.

Ölkədə ərzaq və enerji məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası aprel ayında da səviyyəsini qoruyub və may ayında 3 faizə çatıb.

Bununla yanaşı, ötən il ölkədə inflyasiyanın ən böyük müəyyənedicisi olan ərzaq məhsullarının qiymətləri may ayında bir il əvvələ nisbətən 0,6 faiz artıb, enerji məhsulları isə 1,1 faiz ucuzlaşıb.

 

Seçilən
179
24
operativmedia.az

10Mənbələr