AZ

Bu qatarlar həm şənbə, həm də bazar günləri işləyəcək

Mayın 25-dən Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək.

Publika.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.

Bundan başqa, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edib. 25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.

Seçilən
151
38
publika.az

10Mənbələr