Mayın 25-dən etibarən Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildiriblər.
Qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.
Buna qədər qatarlar Bakıdan Qəbələyə şənbə günü səhər, Qəbələdən paytaxta isə bazar günü axşam yola düşürdü.
Bundan başqa, mayın 25-dən etibarən həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edilib.
Qatarlar şənbə günü saat 09:15-də Bakı Dəmiryol Vağzalından, bazar günü saat 15:00-da isə Ağstafadan yola düşəcək.