İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Rəfaha hücum planlarını təsdiqlədiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Times of Israel" yazıb. Onun sözlərinə görə, ordu əhalinin evakuasiyasına hazırlaşır və beynəlxalq təzyiqlər həmin məqsədə təsir etməyəcək. O, həmçinin qeyd edib ki, Qəzzadan girovların qaytarılması istiqamətində səylər davam edir.
"Nə vaxt biz dəqiq kəşfiyyat məlumatı alırıqsa və əməliyyat şəraiti buna imkan verirsə, mən xilasetmə əməliyyatlarını təsdiq edirəm",-baş nazir bildirib.
Netanyahunun sözlərinə görə, əsas səy “hərbi təzyiq və həlledici danışıqların” birləşməsini əhatə edir. Baş nazirin sözlərinə görə, o, HƏMAS-a qarşı sərt mövqe ilə danışıqlarda çeviklik arasında mövqe tutub. Onun və digər liderlərin girovları evə gətirmək üçün əlindən gələni etmədiyini iddia edən hər kəs “səhv edir və başqalarını səhv etməyə məcbur edir”, yəhudi hökumətinin başçısı əlavə edib.
"Həqiqəti bilən və hələ də bu yalanları təkrarlayanlar girovların ailələrinə lazımsız əzab verirlər", - Netanyahu fikrini yekunlaşdırıb.
Əzizə