AZ

Ermənistan “xarici qeyri-demokratik qüvvələr”in hücumuna məruz qalıb - Paşinyan

Ermənistan guya dövlətin ərazi bütövlüyünə və müstəqil inkişafına qarşı yönəlmiş “qeyri-demokratik” xarici qüvvələrin hücumuna məruz qalıb və bu, İrəvanı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv olmağa vadar edib. SİA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Seulda keçirilən Demokratiya naminə Üçüncü Sammitdə deyib.

“Ermənistan bəzi xarici qeyri-demokratik qüvvələr tərəfindən hərbi və hibrid üsullarla hücuma məruz qalıb”, - deyən Paşinyan bu inkişafın İrəvanı BCM-ə üzv olmaq qərarına sövq etdiyini bildirib. Eyni zamanda, Ermənistan Nazirlər Kabinetinin rəhbəri “xarici qeyri-demokratik vasitələr” dedikdə nəyin nəzərdə tutulduğunun təfərrüatlarını açıqlamayıb.

Onun sözlərinə görə, adıçəkilən “qüvvələr” guya Ermənistanın ərazi bütövlüyünə, dövlətin müstəqilliyinə və demokratiyaya qarşı yönəlib.

Ötən ilin noyabrında Ermənistan rəsmi olaraq Roma Nizamnaməsinin ratifikasiyasını təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən BCM-nin tamhüquqlu üzvü olub. Fevralda Paşinyan BCM-nin orderi ilə bağlı Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, müəyyən şəxsləri həbs etmək səlahiyyətinə malik olmadığını bildirib.

Bundan əvvəl Kreml Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünə münasibət bildirib.

Seçilən
250
38
sia.az

10Mənbələr