AZ

Moskva Ermənistanın məğlubiyyətinin qarşısının alınmasında həlledici rol oynadı - Zaxarova

Moskva İrəvanın tərəfdaşı olaraq qalır və hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verir, xüsusən də bu, 2020-ci ilin payızında baş verib, hətta demək olar ki, Ermənistanın məğlubiyyətinin qarşısının alınmasına həlledici rol oynayıb.

Modern.az xəbər ki, bunu yanvarın 26-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın İrəvanın yeni mina sahəsi xəritələrinin Bakıya verilməsi məsələsində tərəfdaş olmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

"Eyni zamanda, biz Ermənistan-Azərbaycan arasında humanitar məsələlərə daim diqqət yetirmişik. Rusiya hərbi əsirləri mübadiləsi, itkin düşmüş şəxslərin axtarışı, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal kömək göstərib.
Moskva Cənubi Qafqazda sülh və sabitliyin əldə edilməsinə səbəb olan bu səyləri davam etdirməyə hazırdır”, - deyə o bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bir müddət öncə bəyan etmişdi ki, etimad mühiti yaradılarsa, beynəlxalq ictimaiyyətin iştirakı ilə Ermənistan Azərbaycana minalanmış ərazilərin yeni xəritələrini verə bilər.

Ermənstan Milli Təhlükəsizlik Xidməti Azərbayacana 8 yeni mina xəritəsi verə biləcəklərini bəyan edib.

Seçilən
273
50
modern.az

10Mənbələr