AZ

XİN: Ermənistanın təqdim etdiyi mina xəritələrinin yararsızlığı dəfələrlə bildirilib

Bakı. Trend:

Ermənistanın təqdim etdiyi mina xəritələrin yararsız vənatamamlığı dəfələrlə bildirilib.

Trend xəbər verirki, bu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyininaçıqlamasında yer alıb.

Qeyd edilir ki, Azərbaycan XİN Ermənistan Milli TəhlükəsizlikXidmətinin Azərbaycana mina xəritələrinin təqdim olunması niyyətibarədə 25 yanvar 2024-cü il tarixli bəyanatını qeydə alıb.

"Ermənistan tərəfindən Azərbaycan ərazilərinin heç bir fərqqoymadan, kütləvi və məqsədyönlü şəkildə minalanması post-münaqişədövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, buərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburiköçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasınaçətinlik törədən əsas təhdidlərdəndir. Ermənistanın bu fəaliyyətimüharibə cinayəti olmaqla yanaşı, beynəlxalq humanitar hüququn vəErmənistanın üzərinə götürdüyü öhdəliklərin ciddi pozuntusudur.

Azərbaycan tərəfi dəfələrlə, həm 2020-ci il Vətən müharibəsindənəvvəl, həm də post-münaqişə dövründə Ermənistan tərəfindən minaxəritələrinin təqdim edilməsini tələb edib.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasındansonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edənErmənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdimetdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25%təşkil etdiyi məlumdur. Təqdim edilmiş bu xəritələrin yararsız vənatamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlətərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 minmina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1milyondan artıq olduğu faktı mövcuddur", - XİN-dən bildirilib.

"Eyni zamanda qeyd edək ki, son illərdə mina partlayışlarının55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdənkənar ərazilərdə baş verib. Xatırladırıq ki, 2020-ci il Vətənmüharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfərvətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfərjurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50nəfəri mülki şəxsdir.

2020-ci ildən sonra da, Ermənistan tərəfindən Rusiya sülhməramlıqüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəbu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeniminaların yerləşdirildiyi faktı da mövcuddur ki, burada da 500mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda, sononilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal vəixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığınınümayiş etdirib.

Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətininhumanitar prosesə töhfə olmadığını göstərir və bu addım etimadquruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfibu günə qədər Azərbaycana tam şəkildə təqdim edilməyən bütünminalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindəntəqdim edilməsini gözləyir.

Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxınazərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğukütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindənməlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərgörülməlidir", - XİN-dən əlavə olunub.

Seçilən
245
50
az.trend.az

10Mənbələr