AZ

Frederik Massara “Roma”dan getdi – ARENA.AZ

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Roma” klubu idman direktoru Frederik Massara ilə yollarını ayırdığını bəyan edib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, klub rəhbərliyi italyan mütəxəssisi “canavarlar”ın idman direktoru vəzifəsindən istefaya göndərib. Massara 2026/2027-ci illər mövsümü üçün yeni komandanın qurulması ilə bağlı strateji yanaşmada, “canavarlar”ın baş məşqçisi, italyan mütəxəssis Can Pyero Qasperini ilə fikir ayrılığı yaşayıb. Bu isə Massaranın istefası ilə nəticələnib. “Roma” rəhbərliyi müvafiq məsələdə məhz Can Pyero Qasperinini dəstəkləyib.

Xatırladaq ki, Frederik Massara 2025-ci ilin iyun ayından “Roma”da idman direktoru kimi fəaliyyət göstərirdi. Onun dövründə komanda A Seriyasında 2025/2026-cı illər mövsümünü 3-cü yerdə – bürünc medallarla başa vurub.

Xatırladaq ki, Massara 2011-2019-cu illər aralığında da “Roma”da müxtəlif vəzifələrdə çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
16
4
arena.az

10Mənbələr