Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində qayınata Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.
“Qafqazinfo”nun məlumatına görə, qətlin təfərrüatı barədə Modern.az-a qonşular danışıb. Bildirilib ki, qayınatanın gəlinini öldürmə səbəbi müavinət kartını mənimsəmək istəyi olub.
Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Adıgözəl Məmmədov gəlinini birgə yaşadıqları evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb: “Gəlinindən müavinət kartını almaq üçün iyunun 1-i - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edərək evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qayınatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.
Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar: “Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən A.Məmmədovun 60 yaşı var, öldürdüyü gəlini G.Məmmədovanın isə 31 yaşı olub. Mərhumun iki övladı var.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.