AZ

Qayınatası gəlinini buna görə öldürüb

Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində Adıgözəl Məmmədov adlı şəxs gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.

Publika.az xəbər verir ki, qonşuları Modern.az-a açıqlamasında qayınatanın gəlini onda olan müavinət kartına görə öldürmək istədiyini bildiriblər:

“Gəlinindən kartı almaq üçün iyunun 1-i – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qayınatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.

Qonşular həmçinin deyib ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar:

“Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.

Seçilən
43
2
publika.az

10Mənbələr