Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin mümkün bitməsi ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
Peskov bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya bölgələrindən geri çəkilərsə, münaqişə qısa müddətdə başa çata bilər.
O, Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanovun Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi əməliyyatların qışdan əvvəl dayandırılması ilə bağlı niyyətlərinə dair açıqlamasına da münasibət bildirib.
“Zelenski və müharibənin ilin sonuna qədər başa çatması məsələsinə gəldikdə, müharibə günün sonuna qədər başa çata bilər”, – deyə Peskov qeyd edib.
Kreml sözçüsü vurğulayıb ki, münaqişənin dayandırılması üçün Ukrayna qoşunlarının Rusiya ərazilərindən çıxarılması kifayət edə bilər. Onun sözlərinə görə, bu mövqe Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəfələrlə səsləndirilib.
Aminə ŞAHSUVARQIZI