AZ

Ermənistan Aİİ çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir -Paşinyanın müavini

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərək, İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına sadiqliyini təsdiqləyib. 

Redaktor.az məlumat verir ki, “News.am”-ın xəbərinə görə, iclas Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilib. 

“Ermənistan bundan sonra da birliyin işində qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və Aİİ-yə üzv olan bütün dövlətlərin milli maraqlarının nəzərə alınması əsasında xoşməramlı şəkildə iştirak etmək niyyətindədir”, - Baş nazirin müavini bildirib. 

Qriqoryanın sözlərinə görə, İrəvan Avrasiya inteqrasiyasını həm ayrı-ayrı ölkələrin, həm də bütövlükdə regionun iqtisadi sabitliyini və davamlı inkişafını təmin etmək üçün mühüm vasitə hesab edir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərlə əlaqədar Astanada keçirilən sammitdə iştirak etmir.

Seçilən
25
39
redaktor.az

10Mənbələr