AZ

YouTube-dan yenilik: maraqsız hissələr avtomatik sürətləndiriləcək

YouTube videoplatforması Premium abunəçilər üçün yeni Auto Speed funksiyasını təqdim edib.

Musavat.com xəbər verir ki, yeni funksiya videonun və ya podkastın məzmunundan asılı olaraq oynatma sürətini avtomatik dəyişəcək.

Gözlənilir ki, texnologiya nitqin daha yavaş olduğu hissələrdə videonu sürətləndirəcək, məlumatın daha sıx olduğu bölümlərdə isə sürəti uyğunlaşdıracaq. Bu, istifadəçilərə məzmunu daha sürətli izləməyə və eyni zamanda məlumatı itirmədən qavramağa imkan verəcək.

Bununla yanaşı, YouTube Premium istifadəçiləri üçün On-the-go Mode rejimini də təqdim edib. Yeni rejim fon rejimində səsləndirməyə daha sadə nəzarət imkanı yaradır.

İstifadəçilər geri və irəli sarma düymələrinə, eləcə də digər idarəetmə elementlərinə daha sürətli çıxış əldə edəcəklər.

Funksiya artıq Android cihazlarında istifadəyə verilib. Onun yaxın aylarda iOS platformasında da istifadəyə açılması planlaşdırılır.

Musavat.com

Seçilən
1
2
musavat.com

10Mənbələr