“İnstagram” Azərbaycan seqmenti üçün önəmli özəlliyini deaktiv edib.
Bizim.Media xəbər verir ki, sözügedən sosial şəbəkə hesabında istifadəçilərə musiqili hekayə və post paylaşımı edilməsinə verilən icazə bloklanıb.
İstifadəçilər paylaşım zamanı yalnız “İnstagram”ın icazə verdiyi və özünün seçdiyi müəyyən qlobal mahnılardan istifadə edə bilər.
Platforma Azərbaycanda lisenziya məhdudiyyətləri səbəbindən şəxsin öz istədiyi musiqilərin istifadəsini isə məhdudlaşdırır. Lakin bir həftə öncə son yeniliklərlə “Meta” şirkəti ölkəmizdə rəsmi musiqi funksiyasını tədricən aktivləşdirmişdi.
Sözügedən özəllikdən istifadəyə icazə müddəti isə təxminən 1 həftə davam edib.
Qeyd edək ki, bu özəlliyin ləğvi xarici hesabların paylaşımındakı musiqiləri də dinləməyə icazə vermir.
Naibə, Bizim.Media