AZ

Rusiya Ermənistana yeni “ticarət zərbəsi” vurdu

İyunun 2-dən etibarən Ermənistan Rusiyaya ixrac edilən diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasını dayandırmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə qərarı Ermənistan müəssisələrində aparılan yoxlamaların nəticələrinə əsasən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") qəbul edib.

Aparılan yoxlamalardan Ermənistanın yalnız iki zavodu uğurla keçə bilib.

Həmin müəssisələrin məhsulları isə Rusiyaya yalnız daimi laboratoriya nəzarəti şərti ilə tədarük edilə biləcək.

Bizim.Media

Seçilən
25
10
bizim.media

10Mənbələr