AZ

ABŞ ordusu Karib hövzəsində 200-dən çox adam öldürüb

ABŞ-nin Cənubi Amerikada şübhəli narkotik kartel gəmilərinə endirdiyi zərbələr nəticəsində 200-dən çox insan həlak olub.

Musavat.com "The New York Times" qəzetinə istinadən xəbər verir ki, 2025-ci ilin payızında ABŞ hücumlarının başlamasından bəri ABŞ qüvvələri narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan qayıqlara 60-dan çox zərbə endirib.

Hücumlarda ən azı 202 nəfər həlak olub.

ABŞ Cənub Komandanlığı sonuncu dəfə belə bir zərbə barədə 30 mayda məlumat verib. Hücumda üç nəfər həlak olub.

Qeyd edək ki, Pentaqon rəisi Pit Heqset ötən ilin noyabr ayında narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Cənub Nizə" əməliyyatının başlandığını elan edib.

Musavat.com

Seçilən
0
6
musavat.com

7Mənbələr