Bakı, 1 iyun, AZƏRTAC
ABŞ-nin Cənubi Amerikada narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən qayıqlara endirdiyi zərbələr nəticəsində 200-dən çox insan həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 2025-ci ilin payızında ABŞ-nin hücum əməliyyatları başlayandan bəri Amerika qüvvələri narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan qayıqlara 60-dan çox zərbə endirib. Bu hücumlar nəticəsində azı 202 nəfər həlak olub.
Pentaqonun rəhbəri Pit Heqset ötən ilin noyabrında narkotik kartellərinə qarşı mübarizə məqsədilə “Cənubi Nizə” əməliyyatının başlandığını elan etmişdi.