Türkiyə televiziyasının ən uzunömürlü serialı kimi tarixə düşən "Arka Sokaklar"ın mövsüm finalı anonsu böyük səs-küyə səbəb olub.
Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, ekran işinin yeni tanıtım çarxında Rıza Baba da daxil olmaqla bütün komandanın şəhid olduğu kadrlar yer alıb.
Serialın yeni treylerində Rıza Baba və əfsanəvi əsas heyətin əməliyyat zamanı şəhid olduğunun nümayiş etdirilməsi izləyiciləri sözün əsl mənasında şoka salıb.
"Arka Sokaklar" komandasının bu dəfə tamamilə yox olduğunu göstərən səhnələrin arxasında necə bir ssenarinin dayandığı böyük maraq doğurub. Tamaşaçılar bu kadrların komandanın gizli bir əməliyyat üçün hazırladığı oyun, yoxsa həqiqətən də bir dövrün sonu olduğunu öyrənmək üçün cümə günü yayımlanacaq mövsüm finalını həyəcanla gözləyirlər.
Musavat.com
Musavat.com
