AZ

Almaniya mənşəli dərman Azərbaycanda istehsal olunduğu ölkədən 2 dəfə ucuzdur


Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan “Concor 5 mg” (bisoprolol) dərmanı Azərbaycanda istehsalçı ölkədəki qiymətlərdən təxminən 2 dəfə ucuz satlılır.
Yeniavaz.com
xəbər verir ki, Almaniyanın məşhur MERCK şirkətinin istehsalı olan dərman Azərbaycanda 50 tabletlik qablaşdırmada 13 manata, Almaniyada isə 100 tabletlik qablaşdırmada 29,08 avroya satılır. Bu isə o deməkdir ki, bir ədəd tablet Azərbaycanda 0,26 manata (0,13 avro), Almaniyada isə  0,57 manata (0,29 avro) təklif edilir.
Qeyd edək ki, “Concor 5 mg” əsasən arterial hipertenziya (yüksək təzyiq), ürəyin işemik xəstəliyi, stenokardiya və bəzi ürək ritm pozuntularının müalicəsində istifadə olunur. Dərmanın təsiredici maddəsi bisoprolol olub, ürək döyüntüsünü və arterial təzyiqi azaltmağa kömək edən beta-blokator qrupuna daxildir.
Məlumat üçün bildirək ki, zaman-zaman sosial şəbəkələrdə Azərbaycana idxal olunan dərmanların keyfiyyətsiz, zəif təsirli və ya tərkibinin fərqli olması ilə bağlı iddialar gündəmə gəlir. Bəzi istifadəçilər eyni adlı preparatın xaricdə daha təsirli olduğunu iddia ediblər.
Seçilən
9
50
yeniavaz.com

10Mənbələr