Kanada Futbol Assosiasiyası 2026-cı il dünya çempionatında iştirak edəcək milli komandanın yekun heyətini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, yığmanın iştirak ərizəsinə 26 futbolçu daxil edilib.
Qapıçılar: Maksim Krepo ("Orlando Siti"), Ouen Qudman ("Kristal Pelas"), Deyn Sen-Kler ("İnter Mayami").
Müdafiəçilər: Moiz Bombito ("Nitsa"), Derek Kornelius ("Marsel"), Alfonso Devis ("Bavariya"), Lyuk De Fujerol ("Fulhem"), Alister Conston ("Seltik"), Alfi Cons ("Midlsbro"), Riçi Laryea ("Toronto"), Niko Siqur ("Hayduk" Split), Coel Uoterman ("Çikaqo Fayr").
Yarımmüdafiəçilər: Əli Əhməd ("Norviç Siti"), Teycon Byukenen ("Vilyarreal"), Matyo Şuanyer ("Los-Anceles"), Stefan Euştakiu ("Portu"), Marselo Flores ("Tiqres"), İsmayıl Kone ("Sassuolo"), Liam Millar ("Hall Siti"), Conatan Osorio ("Toronto"), Natan-Dilan Saliba ("Anderlext"), Ceykob Şaffelburq ("Los-Anceles").
Hücumçular: Conatan Devid ("Yuventus"), Promis Devid ("Union Sen-Jillua"), Kayl Larin ("Malyorka"), Tani Oluvaseyi ("Vilyarreal").
Qeyd edək ki, Kanada millisi dünya çempionatının B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə yığmaları ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.