Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
Kanada millisinin DÇ-2026 üçün heyəti müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə Kanada Futbol Assosiasiyası məlumat yayıb. Heyətə aşağıdakı futbolçular daxil edilib:
Qapıçılar: Maksim Krepo ("Orlando Siti"), Ouen Qudman ("Kristal Pelas"), Deyn Sent-Kler ("İnter Mayami");
Müdafiəçilər: Zorxan Bassonq ("Sportinq Kanzas-Siti"), Moyze Bombito ("Nitsa"), Derek Kornelius ("Olimpik" Marsel), Alfonso Devis ("Bavariya"), Lyuk de Fujerol ("Fulhem"), Alister Conston ("Seltik"), Alfi Cons ("Midlsbro"), Ceymi Nayt-Lebel ("Bristol Siti"), Riçi Laryi ("Toronto"), Ralf Priso ("Vankuver Uaytkeps"), Niko Siqur ("Hayduk" Split), Coel Uoterman ("Çikaqo Fayr");
Yarımmüdafiəçilər: Ali Əhməd ("Norviç Siti"), Teycon Byukenen ("Vilyarreal"), Matye Şuanier ("Los-Anceles"), Stiven Eştakiu ("Portu"), Marselo Flores ("UANL Tiqres"), İsmael Kone ("Sassuolo"), Liam Millar ("Hall Siti"), Ceyden Nelson ("Ostin"), Xonatan Osorio ("Toronto"), Natan-Dilan Saliba ("Anderlext"), Ceykob Şaffelburq ("Los-Anceles");
Hücumçular: Conatan Devid ("Yuventus"), Promis Devid ("Yunion Sent-Jiluaz"), Deniel Cebbison ("Bornmut"), Kayl Larin ("Malyorka"), Tani Oluvaseyi ("Vilyarreal"), Ceysen Rassel-Rou ("Tuluza").
Qeyd edək ki, Kanada yığması 2026-cı il dünya çempionatının qrup mərhələsində B qrupunda yer alıb və burada Bosniya və Herseqovina, Qətər və İsveçrə komandalarına qarşı mübarizə aparacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.