ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı növbəti dəfə medianın gündəminə gəlib.
Publika.az xəbər verir ki, Donald Trampın həkimi Şon Barbabella açıqlama verərək Ağ Ev rəhbərinin sağlamlığında problem olmadığını deyib.
Şon Barbabella bildirib ki, ölkə rəhbərinin səhhəti əladır. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, o, Amerika liderinin ağciyərlərinin və ürəyinin güclü olduğunu açıqlayıb. Həkim onu da əlavə edib ki, Trampın koqnitiv göstəriciləri də yaxşıdır.
Xatırladaq ki, Tramp ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarını müzakirə edərkən Venesuela və İranın adını səhv salmışdı. O, Latın Amerikası ölkəsində heç bir donanma və ya hava qüvvəsinin qalmadığını iddia etmişdi.