AZ

Tramp ərəb ölkələrini “İbrahim Sazişləri”nə qoşulmağa çağırdı – “Axios”


ABŞ Prezidenti Donald Tramp bir sıra Yaxın Şərq ölkəsi və Pakistan liderləri ilə telefon danışığı zamanı onları Vaşinqton və Tehran sülh razılaşmasına nail olarsa, İsrail ilə münasibətlərin normallaşdırılmasına dair “İbrahim Sazişləri”nə qoşulmağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı iki ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, 23 mayda Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan və Səudiyyə Ərəbistanı liderləri ilə telefon danışığı zamanı Amerika lideri İran münaqişəsinin bitməsindən sonra “İbrahim Sazişləri”nin tərəfi olmayan və ya İsraillə sülh müqaviləsi olmayan ölkələrin Təl-Əvivlə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.
Məlumatda qeyd olunduğu kimi, İsraillə diplomatik münasibətləri olmayan Qətər, Pakistan və Səudiyyə Ərəbistanının nümayəndələri Trampın xahişini təəccüblə qarşılayıblar.
“Telefonda sükut çökdü və Tramp zarafatla hamının hələ də xətdə telefonda olub-olmadığını soruşdu”, - deyə rəsmilərdən biri ”Axios”a bildirib. Amerika lideri qeyd edib ki, prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner qarşıdakı həftələrdə bu ölkələrlə İsrail arasında münasibətlərin normallaşdırılması üzərində işləyəcəklər.
Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl “Truth Social”da İranın gələcəkdə “İbrahim Sazişləri”nə qoşulmaq istəyə biləcəyini etiraf etmişdi.
Seçilən
19
50
yeniavaz.com

10Mənbələr