AZ

ÇL: “Arsenal” finalda PSJ ilə üz-üzə – ARENA.AZ

Bu gün keçiriləcək final oyunu ilə futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünə yekun vurulacaq.

Arena.az xəbər verir ki, mövsümün həlledici oyunu Macarıstanın paytaxtı Budapeştdə yerləşən məşhur “Puşkaş Arena”da təşkil ediləcək.

Burada Fransa və İngiltərə çempionları – PSJ ilə “Arsenal” komandaları üz-üzə gələcəklər. PSJ ÇL-in ötən mövsümündə bu turnirin baş mükafatına sahib çıxmışdı. Bu üzdən də Fransa nəhəngi titulunu qorumağa çalışacaq. Amma möhtəşəm mövsüm keçirmiş “Arsenal”ın da tarixində ilk dəfə Çempionlar Liqası zəfəri yaşaması istisna edilmir.

Xatırladaq ki, London klubu 2006-cı ildə Çempionlar Liqasında final oynasa da, məğlubiyyətə üzülüb. PSJ isə qitənin ən nüfuzlu klub turnirində ikinci dəfə həlledici oyuna çıxacaq.

UEFA Çempionlar Liqası
Final
30 may

23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya).
Budapeşt. “Puşkaş Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
97
4
arena.az

10Mənbələr