AZ

Rafael Məhərrəmli “Şamaxı” ilə vidalaşdı – Rəsmi – ARENA.AZ

2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Rafael Məhərrəmli ilə də vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Sağ cinah müdafiəçisi olan Rafael Məhərrəmli 2021-ci ildən formasını geyindiyi “Şamaxı”da 100 oyun keçirib, 2 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Futbolçu “Səbail”, “Zirə” və “Qarabağ” kimi klublarda da forma geyinib. O, Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

“Şamaxı” daha öncə Karim Rossi, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla da vidalaşmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
6
2
arena.az

10Mənbələr