Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb. Metbuat.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliyanı məğlub etməklə buna nail olub."Tipos Arena"da keçirilən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib - 3:1.Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.