AZ

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib növbəti mərhələyə adladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığması ilə qarşılaşıb.

Oyun millimizin qələbəsilə başa çatıb - 3:0. Pepperoni pizza

"Tipos Arena"da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib - 3:1.

Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq.

Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.


Telegram kanalımız
Seçilən
5
11
yenisabah.az

10Mənbələr