"Barselona"nın hücum xəttini gücləndirmək üçün atdığı son transfer addımının pərdəarxası təfərrüatları bəlli olub. Metbuat.az xəbər verir ki, Kataloniya klubunun Markus Reşford variantından imtina edərək diqqətini tamamilə Entoni Qordona yönəltməsinin arxasında həm taktiki, həm də maliyyə səbəbləri dayanır. İddialara görə, "Barselona" rəhbərliyi və texniki heyəti Markus Reşfordun komandaya uyğun gəlməyəcəyi qənaətinə gəlib. Klub hücum xəttində fərqli bir profil - müdafiəyə kömək edən, pressinqdə daha aqressiv və fiziki cəhətdən daha güclü bir oyunçu axtarıb. Entoni Qordon məhz bu keyfiyyətlərinə görə Reşfordu qabaqlayaraq "Barselona"ya transfer edilib. Transferin iqtisadi tərəfi də "Barselona"nın Qordon qərarını verməsində böyük rol oynayıb. Satınalma şərtləri və ümumi xərclər hesablandıqda, ingilis vingerin kluba maliyyə yükü Reşfordla müqayisədə daha aşağıdır.