AZ

"Barselona" və "Real" bu futbolçu üçün savaşır

“Barselona” Markus Reşfordu komandada saxlamaq üçün danışıqları davam etdirir. Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunun çıxışından razı qalsa da, transfer üçün tələb olunan 30 milyon avroluq məbləği ödəmək istəmir. Məlumata görə, “Barselona” rəhbərliyi “Mançester Yunayted” ilə yeni icarə variantını müzakirə edir. İngiltərə klubu isə Reşfordu birdəfəlik satmaq niyyətindədir. İddialara əsasən, Joze Mourinyonun da futbolçu ilə maraqlandığı bildirilir.

Portuqaliyalı mütəxəssisin “Real Madrid”də Reşfordu heyətində görmək istədiyi qeyd olunur. Buna baxmayaraq, ingilis hücumçunun əsas hədəfinin “Barselona”da qalmaq olduğu vurğulanır.

Seçilən
48
50
metbuat.az

10Mənbələr