AZ

"Ağstafa Gəncləri" komandası II Liqaya vəsiqə uğrunda oyunda qələbə qazanıb

"Ağstafa Gəncləri" 2026/2027 mövsümündə də futbol üzrə Azərbaycan II Liqasında çıxış edəcək.

"Far.Az"un məlumatına görə, bölgə təmsilçisi buna həmin çempionata vəsiqə uğrunda pley-off oyununda qələbə qazanmaqla nail olub.

"Ağstafa Gəncləri" Yevlax şəhər stadionundakı qarşılaşmada "Biləsuvar"ı 3:0 hesabı ilə üstələyib.

Xatırladaq ki, ötən mövsüm "Ağstafa Gəncləri" II Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü yeri tutub.

Seçilən
2
3
far.az

4Mənbələr