Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq.
Rumıniya mediasının xəbərinə görə, bunu ölkə prezidenti Nikusor Dan deyib.
O, rusiyalı konsulun “arzuolunmaz şəxs” elan edildiyini bildirib.
Dan Rusiyanın Rumıniya ərazisinə dron hücumunu şərh edərkən bildirib ki, insidentlə bağlı bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Onun sözlərinə görə, hücumda istifadə olunan Rusiyanın “Geran-2” tipli dronu olub.
“Biz trayektoriyanı da, onun Ukraynada haradan keçdiyini də, Rumıniyaya haradan daxil olduğunu da bilirik. Bu dron Rusiyanın 43 drondan ibarət hücum dəstəsinin bir hissəsi idi və onlardan sadəcə biri Rumıniya ərazisinə çatıb”, - prezident bildirib.
Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar var.(APA)
Demokrat.az
10Mənbələr
-
redaktor.azRusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edildi -Konsulluq bağlanacaq ( 29044132)
-
demokrat.azRusiyanın Rumıniyadakıkonsulluğu bağlanacaq ( 29044099)
-
far.azRumıniya Konstansa şəhərindəki Rusiyanın baş konsulunu "persona non-grata" elan edib ( 29044072)
-
baku.wsNikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu persona non grata elan edib ( 29044036)
-
yenicag.azRusiyanın Rumıniyadakı konsulluğu bağlanır – Konsul “arzuolunmaz şəxs” elan edildi ( 29043973)
-
pravda.azRusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib, konsulluğun bağlanmasına qərar verilib ( 29043889)
-
apa.azRusiyanın Rumıniyadakı konsulu arzuolunmaz şəxs elan edilib, konsulluq bağlanacaq ( 29043496)
-
apa.azRusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib, konsulluq bağlanacaq ( 29043451)
-
azertag.azBMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub ( 29026591)
-
bizim.mediaUkraynada bu ilin 4 ayında 815 mülki şəxs həlak olub ( 29025484)