AZ

Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib, konsulluğun bağlanmasına qərar verilib

Rumıniya Prezidenti Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulu Andrey Kosilini arzuolunmaz şəxs ("persona non-grata") elan edib.

 

"Report" xəbər verir ki, bu barədə "HotNews" portalı məlumat yayıb.

 

N.Dan həmçinin Rusiyanın Konstansadakı baş konsulluğunun bağlanması barədə sərəncam verib.

 

Bu addım ölkənin Ali Müdafiə Şurasının iclasının nəticələrinə əsasən atılıb. İclasda Qalatsdakı insident müzakirə olunub – Rusiyaya məxsus "Geran-2" pilotsuz uçuş aparatı istiqamətindən kənara çıxaraq Rumıniya ərazisinə daxil olub və yaşayış evinə zərbə endirib, nəticədə iki nəfər yaralanıb.

 

N.Dan vurğulayıb ki, bu insidentə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür, bununla əlaqədar konsulluğun bağlanması və diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edilib.

 

O həmçinin SAFE mexanizmi çərçivəsində hava hücumundan müdafiə vasitələrinin alınması barədə məlumat verib. Bu məsələ ilə bağlı müqavilələr yaxın günlərdə imzalanacaq, tədarüklərin isə 1–2 il ərzində həyata keçirilməsi gözlənilir.

 

Rumıniya lideri həmçinin dronların birgə istehsalı üzrə Ukrayna ilə əməkdaşlıqdan, eləcə də dron əleyhinə sistemlərinin işlənib hazırlanması və sınaqdan keçirilməsinin sürətləndirilməsi üçün ABŞ və Böyük Britaniya ilə qarşılıqlı əlaqə mexanizmindən bəhs edib.

Tarix: 29 May 2026, 16:13   
Seçilən
40
50
pravda.az

10Mənbələr