Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rumıniyanın Selaj əyalətində üç "Piranha 5" zirehli maşını toqquşub, nəticədə ordunun 11 hərbi qulluqçusu yaralanıb.
Modern.az xəbərinə görə, bu barədə "Realitatea" telekanalı məlumat verib.
Məlumata görə, kolon halında hərəkət edən zirehli maşınlar nəqliyyat vasitələri arasında müəyyən edilmiş məsafənin pozulması səbəbindən toqquşub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Zirehli maşınların sürücüləri alkotesterdən keçiriliblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.