Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyənin Giresun vilayətində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
APA yerli mediaya istinadən xəbər verir ki, Giresundan Trabzon istiqamətinə gedən yolda TIR qırmızı işıqda gözləyən iki maşınla toqquşub.
Qəza nəticəsində bir ailənin 3-ü uşaq olmaqla, 5 üzvü ölüb, digər 6 nəfər isə xəsarət alıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.