Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistan istehsalı olan 64,5 milyon şüşə “Cermuk” mineral suyunun satışını dayandırıb.
“Cebheinfo.az” xəbər verir ki, adıçəkilən dövlət orqanı bu qərarını “Cermuk” sularının tərkibində karbohidrogen səviyyəsinin həddindən artıq olması ilə izah edib.
Lakin Rusiyanın bu addımının Ermənistanın Avropa İttifaqı və ABŞ ilə strateji münasibətlər qurmasına qarşılıq tətbiq etdiyi təzyiq siyasətinin tərkib hissəsi olduğu məlumdur.
Rusiya həmçinin, Ermənistandan gül, çiyələk, kartof, pomidor, xiyar, eləcə də digər giləmeyvə və tərəvəz məhsullarının idxalına qadağa qoyub.