AZ

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb » AzadMedia.az


İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb.

Bu barədə ordunun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"HƏMAS-ın döyüş qanadının "Qəzza" briqadasının komandirinin müavini və "Zeytun" batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib", - məlumatda deyilir.

İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada İsrail qüvvələrinə qarşı hücumlar təşkil edib.
Seçilən
6
36
azadmedia.az

10Mənbələr