Qəzzada HAMAS komandirlərindən daha biri öldürülüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, HAMAS-ın hərbi qanadı – “Qəzza” briqadası komandirinin müavini və “Zaytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Aslim aviazərbə nəticəsində öldürülüb.
Onun 2023-cü ildə 7 oktyabr hadisələrinin iştirakçılarından biri olduğu bildirilib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl HAMAS-ın hərbi qanadının lideri Məhəmməd Ode də İsrailin hava zərbələri nəticəsində öldürülüb.