AZ

Düşündüklərimizin internetdə qarşımıza çıxmasınınSƏBƏBİ BU İMİŞ

Bəzən insan nə almaq istədiyini fikirləşən kimi qısa müddət sonra həmin məhsulun reklamı sosial şəbəkədə qarşısına çıxır.

 

Bu da çoxlarında bu necə olur? sualını yaradır.

 

"Cebheinfo.az"-ın araşdırmasına əsasən sosial şəbəkələr insanların davranışlarını ümumi şəkildə izləyir və analiz edir.

 

Yəni tək bir adamdan söhbət getmir, milyonlarla istifadəçinin internetdəki hərəkətləri sistem tərəfindən toplanır.

 

Məsələn, insanlar ümumilikdə hansı məhsullara daha çox baxır, hansı videolarda dayanır, nə axtarış edir, bunlar hamısı qeydə alınır. Sonra bu məlumatlar əsasında oxşar maraqları olan istifadəçilərə uyğun reklamlar göstərilir.

 

Ona görə də kiminsə idman ayaqqabısına baxması, başqa birinin kosmetik məhsulla maraqlanması və ya ümumilikdə telefon axtarışlarının artması reklam sisteminə siqnal verir. Nəticədə həmin mövzularla bağlı reklamlar daha çox görünür.

 

Bəzən isə insanlar real həyatda hansısa mövzunu danışır və sonra internetdə onun reklamı ilə qarşılaşır. Bu da telefon bizi dinləyir kimi hiss yaradır. Amma bu, daha çox əvvəlki axtarışların, baxışların və ümumi maraq davranışlarının üst-üstə düşməsi ilə bağlı olur.

 

Yəni burada əsas məntiq budur: sosial şəbəkələr insanları tək-tək baxmır, ümumi davranışları toplayır və buna uyğun reklamları formalaşdırır. Nəticədə isə hər kəsə elə gəlir ki, sanki onun fikri bilinir. Halbuki bu, sadəcə olaraq böyük məlumatların analizi və reklamların buna uyğun tənzimlənməsidir.

Tarix: 29 May 2026, 15:05   
Seçilən
37
50
pravda.az

10Mənbələr