AZ

Azərbaycan çempionatının səviyyəsinin belə yüksək olacağını gözləmirdim

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan çempionatının səviyyəsinin belə yüksək olacağını gözləmirdim"

“Qəbələ”nin yarımmüdafiəçisi Adriel Ba Louanın QOL.az saytına müsahibəsi

- Pley-off oyununda “Mingəçevir”i məğlub etməklə (2:0) Premyer Liqadakı yerinizi qorudunuz. Qələbəni necə şərh edərdiniz?

- Çətin oyun idi. Bilirdik ki, qalib gəlmək üçün hər şey etməli idik. Kubokda da “Mingəçevir”ə qarşı oynamışdıq. Onların taktikaları, oyun tərzləri barədə məlumatlı idik. Amma bu matçda əsas taktika yox, istək idi. 

- Hazırkı reqlamentə əsasən, pley-off matçında Premyer Liqa klubu meydana 11, I Liqa təmsilçisi isə maksimum 3 legionerlə çıxa bilər. Bunu “Qəbələ” üçün əlavə üstünlük saymaq mümkündür?

- Xeyr, bunun ciddi fərq yaratdığını düşünmürəm. Əsas oyunçuların keyfiyyətidir. 

- “Qəbələ” Premyer Liqada 11-ci oldu. Daha yaxşı yer tutmaq üçün nə çatışmadı?

- Biz də düşünürük ki, mövqeyimiz daha yaxşı ola bilərdi. Mövsümün əvvəlində bizim üçün çox çətin idi. Əksər matçlarda çox yaxşı oynayırdıq. Şanslarımız olurdu, lakin onlardan istifadə edə bilmirdik. Üstün olsaq da, qalib gəlməkdə çətinlik çəkirdik. Amma istənilən halda bunlar artıq geridə qalıb. 

- İstədiyiniz kimi çıxış etməyinizə nə mane oldu? Hakimlərin nəticələrə nə qədər təsiri olurdu?

- Hər şey təsir edə bilər. Amma uğursuzluğu hakimlərin, yaxud başqa kiminsə üstünə ata bilmərik. Bunlar bəhanə olar. Əlbəttə, hakimlər də məsuliyyətli olmalıdırlar. Amma nəticəyə biz özümüz məsuliyyət daşıyırıq. Yaxşı oynamalı, qollar vurmalı, qələbə qazanmalıyıq. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı olacaq. 

- Qeyd etdiyiniz kimi, növbəti mövsüm daha yaxşı olması üçün “Qəbələ”də ilk növbədə nə dəyişmək lazımdır?

- Açığı, bu barədə heç bir fikrim yoxdur. Hər mövsüm fərqli olur. Bəxt amilinin də rolu var. Bu mövsüm heç cür bəxtimiz gətirmədi. İnanıram ki, növbəti mövsüm daha çox bəxtimiz gətirər.  

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

- Yaxşı. Hətta bir qədər mənim üçün təəccüblü də oldu. Azərbaycan çempionatının səviyyəsinin bu qədər yüksək olacağını gözləmirdim. Düşünməzdim ki, bu dərəcədə maraqlı olacaq. Gözləntilərimdən daha üstündür. Məhz bu liqada oynadığım üçün şadam. 

- “Qəbələ”dəki durumunuzdən razısınız?

- Bəli, burada özümü çox yaxşı hiss edirəm. Hər şey əladır. Komanda, məşq şəraiti, məşqçilər korpusu, rəhbərlik – bir sözlə, “Qəbələ” hər şey məni qane edir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
46
qol.az

10Mənbələr