AZ

Rusiya səfiri XİN-ə çağırıldı: NATO məsələyə qarışdı

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipovu nazirliyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X" sosial şəbəkəsində paylaşım edib.

“Biz Rusiya Federasiyasının səfirini Xarici İşlər Nazirliyinin qərargahına çağırdıq”, - deyə nazir bildirib.

Diplomatın sözlərinə görə, Rumıniya Müdafiə Nazirliyində pilotsuz uçuş aparatının guya Rusiya mənşəli olduğunu göstərən sübutlar var. Lakin o, konkret dəlillər təqdim etməyib.

Rumıniyanın “Mediafax” agentliyi isə həmin gün dronun ölkənin şərqində yerləşən Qalaç şəhərində yaşayış binasına çırpıldığını yazıb. Hadisə nəticəsində mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb.

Seçilən
33
27
publika.az

10Mənbələr