AZ

Rutte Rumıniya ilə təcili müzakirə apardı: Dron böhranı böyüyür

Rumıniyada yaşayış binasına dron çırpılması ilə bağlı yaranmış böhran fonunda NATO rəhbərliyi hərəkətə keçib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Baş katib Mark Rutte Rumıniya nümayəndələri ilə keçirdiyi təcili müzakirələrdə ölkəyə daxil olan və mülki obyekti hədəf alan PUA insidentini geniş təhlil etdiklərini bildirib. O, NATO-nun Rumıniya ilə tam və mütləq həmrəylik içində olduğunu vurğulayıb, hadisə zamanı zərərçəkənlərə rəsmi şəkildə başsağlığı və mənəvi dəstəyini ifadə edib.

Alyansın rəhbəri müttəfiqlərə qarşı yönələn təhdidlərə cavab olaraq qətiyyətli mesajlar verib:

“NATO müttəfiqlərinin ərazisinin hər bir qarışını müdafiə etməyə tam hazırdır. İttifaq istənilən təhdidə, o cümlədən pilotsuz uçuş aparatlarının törədə biləcəyi risklərə qarşı çəkindirmə və müdafiə hazırlığını durmadan artırmağa davam edəcək”.

Xatırladaq ki, mayın 29-na keçən gecə Ukraynanın Odessa vilayəti ilə sərhəd yaxınlığındakı Qalats şəhərində çoxmərtəbəli yaşayış binasına dron çırpılmış, nəticədə 10-cu mərtəbədəki mənzildə yanğın qeydə alınmışdı. Hadisə nəticəsində iki nəfər mülki vətəndaş xəsarət alıb, onlarla sakin təxliyə edilib.

"Cebheinfo.az"

Seçilən
17
31
cebheinfo.az

10Mənbələr